Qırğızıstan prezidenti: “Astanadakı kimi 3 milyardı sərgiyə xərcləsəm məni diri-diri yandırardılar...”

Qırğızıstan prezidenti Almazbek Atambayev Qazaxıstanın paytaxtı Astanada təşkil edilən “Gələcəyin enerjisi” sərgisinə xərclənən pullardan heyrətə gəlib.
 
Atambayev sərginin təşkilinə 3 milyard dollar xərcləndiyini bildirib və Qırğızıstanın bu cür böyük pullara malik olmadığını deyib.
“Əgər biz həmin 3 milyard dolları Astanada olduğu kimi sərginin təşkilinə xərcləsəydik o zaman məni diri-diri yandırardılar”-Atambayev Bişkekdə KİV nümayəndələri ilə söhbətində bildirib. Prezident deyib ki, ölkəsinin nefti, qazı yoxdur, ancaq insan potensialı var.
“Bizdə yol tikintisinə 1 milyard dollar kredit götürürsən, o saat hər tərəfdən hay-küy qaldırılır. Keçən il İkinci köçəri oyunları keçirdik və buna qrant hesabına 30 milyon dollar xərclədik, nə qədər hay-küy oldu! Biz daim maliyyə baxımından məhdud imkanlara malik ölkə olmalı deyilik. Çalışmalıyıq ki, ölkəmiz zəngin olsun. Neftin, qazın yoxluğunu insan potensialı ilə kompensasiya etməliyik”-Atambayev deyib./Virtualaz.org