Qırğızıstan məhkəməsi Atambayev barədə QƏRAR ÇIXARDI

Baxış sayı:
11233

Qırğızıstanın Bişkek şəhər məhkəməsi sabiq prezident Almazbek Atambayev haqqında həbs-qətimkan tədbiri qərarını qüvvədə saxlayıb. Trend-in məlumatına görə, A.Atambayev avqustun 26-dək həbsdə qalacaq. Bundan əvvəl, Bişkek Pervomaysk rayon məhkəməsi eyni hökmü vermişdi. Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb. Avqustun 8-i A.Atambayev saxlanılıb. Sabiq prezidentə qarşı korrupsiya ittihamları irəli sürülüb.