Qırğızıstan Çin vətəndaşlarına viza verilməsini dayandırdı

Baxış sayı:
3884

Qırğızıstan Çin vətəndaşlarının viza müraciətlərinin koronavirus səbəbiylə dayandırıldığını açıqladı.
Muxalifet.az "Hurriyet"ə istinadla bildirir ki, Çində, koronavirus səbəbiylə ölənlərin sayı 2223-ə, ümumi hadisələrin sayı 75 min 465-ə çatıb. Çin Milli Səhiyyə Komissiyası cümə axşamı günü ölkə daxilində 118 ölüm və 889 yeni hadisənin qeydə alındığını açıqladı.
Qonşu ölkələr ölkə daxilində ölüm və davaların sayının artması ilə əlaqədar tədbirlər görməyə davam edirlər. Nəhayət, Qırğızıstan Çin vətəndaşlarının viza müraciətlərini dayandırdı.
Qırğızıstan Xarici İşlər Naziri Nurlan Abdraxmanov Çin vətəndaşları tərəfindən edilən yeni müraciətlərin koronavirus şübhəsi ilə dayandırıldığını açıqladı. Abdrahmanov əvvəllər viza almış Çin vətəndaşlarının Qırğızıstana girməsinə icazə veriləcəyini bildirdi.
Muxalifet.az