​Qırğızıstan Astanadan ÜTT-yə də şikayət etdi

Qırğızıstan Qazaxıstanla sərhəddəki vəziyyətlə əlaqədar Ümumdünya Ticarət Təşkilatına şikayət ünvanlayıb.
 
Muxalifet.az əbər verir ki, bu barədə informasiyanı Qırğızıstan Nazirlər Kabinetinin Mətbuat Xidməti yayıb. Rəsmi Bişkek təşkilatdan onun şikayətinin diqqətə alınmasını istəyib.
Qeyd edək ki, Qırğızıstan bundan öncə sərhəd məsələsinə görə Avrasiya İqtisadiyyat Komissiyasının rəhbəri Tiqran Sərkisyana şikayət ünvanlamışdı.