Qırğız Respublikasında etimad hökumətinin yaradılması təklif edilir

Baxış sayı:
2196

Qırğız Respublikasının keçmiş baş naziri Temir Sariyev mövcud Nazirlər Kabineti üzvlərinin istefasını, yeni etimad hökumətinin qurulmasını təklif edib.

“Report” xəbər verir ki, məlumatı “24.kg” agentliyi yayıb.

Onun sözlərinə görə, yeni hökumət təsdiqlənəndən sonra parlamentlə birlikdə prezidentin məsələsi müzakirə edilməlidir:

“Mən vilayət və rayon administrasiyalarının ələ keçirilməsini dəstəkləmirəm. Bu, yol verilməzdir. Ona görə də qısa müddət ərzində xalqın koalisiya hökuməti qurulmalıdır”.

Qeyd edək ki, Temir Sariyev 2015-2016-cı illərdə Almazbek Atambayevin prezidentliyi (2011-2017-ci illərdə) dövründə baş nazir olub.

Xatırladaq ki, sentyabrın 4-də Qırğız Respublikasında parlament seçkiləri keçirilib. Müxalifət bu siyasi kampaniyanın nəticələrinə etiraz aksiyası keçirib. Oktyabrın 5-də Qırğızıstan parlamenti və başqa dövlət idarələri etirazçılar tərəfindən tutulub. Keçmiş prezident Almazbek Atambayev, keçmiş baş nazir Temir Sarıyev həbsdən azad edilib.