​Qida şirkəti 13,7 milyard dollara satıldı

Baxış sayı: 116

ABŞ-in ticarət divi "Amazon" yeni qida sektoruna əl atır.
Publika.az xəbər verir ki, şirkət, ölkənin ən böyük qida şəbəkəsi "Whole Foods"-u"13,7 milyard dollara satın almaq barədə qərarını açıqlayıb.
Marketoloq Maks Volfa görə, "Amazon" fərqli sahələri özündə cəmləşdirərək, insanların alış-verişini rahatlaşdırmaq və təbii ki öz gəlirlərini astronomik həddə çatdırmağı planlayır: “Əgər "Amazon" kimi bir şirkətsinizsə, bir çox alış-satış sahələrini öz çətiriniz altında birləşdirmək istəyərsiz. Alış-veriş edərkən yalnız "Amazon"u seçməyiniz üçün daha bir səbəb oldu. Bu, təbii ki, şirkətin gəlirinə də təsir edəcək. Eyni zamanda, "Amazon" tekstil alış-verişini də cəlb etməyə çalışır”.
Satınalma qərarı açıqlanandan dərhal sonra "Whole Foods"-un New York birjasında əmsallaşan hissələri yüzdə 28 praymla 42.15 dollara qədər yüksəlib. "Amazon" "Whole Foods"-un səhmlərini 42 dollardan alacağını bildirir və borclarının tamamını ödəyəcəyini qeyd edir. Anlaşmanın önümüzdəki aylarda rəsmən imzalanacağı gözlənilir.