Qida sektorunda inqilab: “Burger King” süni ətlə yemək satacaq - VİDEO

Baxış sayı:
6742

Qida sektorunda inqilabi addım gözlənilir. İlin sonuna qədər ABŞ-ın bütün bütün "Burger King” restoranlarında süni ətlə yemək satılacaq. Bu haqda "Verge” nəşri yazıb.
Aprelin əvvəllərində artıq eksperiment aparılıb. Sent-Luisdəki 59 məntəqədə vegeterian burgeri adlanan yemək satılıb. Nəticə uğurlu sayılıb. İndi ölkənin başqa yerlərində də süni ətlə yemək satılacaq.

Yeni növ burgerlərdə ətin dadını imitasiya etmək üçün xammal kimi noxud, soya, buğda və bitki yağından istifadə olunacaq. Bu hamburgerlərdə yağın daha 15 faiz az olduğu bildirilir. Sadəcə, vegeterian burgerlər digərinə nisbətən 1 dollar bahadır.

"Burger King” yeni məhsulu investorlarından biri Bill Qeyts olan "Impossible Foods” startapı ilə birlikdə hazırlayır. Tezliklə ABŞ-dan kənarda da yayılması gözlənilir./Bizimyol.info/