QICIQ, QORXU VƏ UTANC HİSSİ – Rusiyalılar siyasətçilərinə belə münasibət bəsləyirlər

Baxış sayı:
7882

Rusiyalılar arasında ölkənin inkişafı proseslərində şəxsi iştirak ehtiyacı artır, hakimiyyətə qarşı münasibət isə qıcıq və qorxu hissləri ilə «rənglənir». Bu, məşhur alimlərin hesabatlarından görünür. Məlumata görə, uyğun hesabat tanınmış iqtisadçılar – Strateji İşləmələr Mərkəzinin sabiq prezidenti Mixail Dmitriyev, psixoloq Anastasiya Nikolskaya və Yelena Çerepanova tərəfindən hazırlanıb. 2019-cu ilin mart-aprel aylarında aparılmış araşdırmanın gedişi zamanı onlarla bölgədə, tərkibində 129 nəfər olan 13 fokus-qrup sorğuya məruz qoyulub. Alınan nəticələri 2018-ci ildəki iki araşdırmanın nəticələri ilə müqayisə ediblər – etiraz əhvalının və Rusiya cəmiyyətinin inkişaf sserarisinin qiymətləndirilməsi üzrə. Beləliklə, 2019-cu ildə aparılmış araşdırma çərçivəsində respondentlərin 86,0 faizibəyan edib ki, rusiyalı siyasətçilər arasında real vəziyyətdən danışanını görmürlər.Ekspertlər həm də müəyyən ediblər ki, yeni liderlərə ehtiyacın saxlandığına baxmayaraq, respondentlər inana biləcəkləri lideri görmürlər. Üstəlik də baş verənlərə görə, şəxsi məsuliyyəti barədə danışanların və ölkənin inkişafına şəxsi töhfə vermək arzusunda olanların sayı artıb. 2018-ci ilin oktabrında belə fikiri demək olar, respondentlərin 2/3-si ifadə etmişdi, indi isə artıq bu rəqəm 84,0 faizə çatıb. Hakimiyyətdən narazılıq da yüksəlib. Müəlliflər qeyd edirlər ki, respondentlər arasında hakimiyyətə yönəlik qıcıq, qorxu və utanc hissləri artıb. Sorğuya məruz qoyulanların bir çoxunda öz fəaliyyətsizliyinə görə günah hissi də artır. Fokus-qrup iştirakçıları ehtimal edirlər ki, təhlükənin başlıca mənbəyi - ölkə daxilindəki vəziyyətdir. Müəlliflər həm də ona diqqət çəkirlər ki, bir il əvvəl rəyi soruşulanlar üçün başlıca dəyər maddi dəyər hesab olunurdu, indi isə onların yarıdan çoxu – 59,0 faizi azadlığa üstünlük verir. Araşdırmaçılar təsdiqləyirlər ki, ötən il cəmiyyətdə nüfuzlu liderə ehtiyac hissi yox olub. Yeni tip qəhrəmanlar «açıq, qanunlara əməl edən, hakimiyyəti təmsil etməyi bacaran və öz səhvlərini etiraf edə bilənlərdir»… Yaxşı ki, Azərbaycanda belə araşdırmalar ümumiyyətlə aparılmır – siyasətçilər və bütövlükdə, siyasi partiyalar «hakimiyyətə quyruq bulayıb da «nəzir yığmaqla» məşğuldurlar. Yoxsa ki, bütün dünyanın gözləri qarşısında rüsvay olardıq…/azpolitika