Qəhvə və çay içənlərə həkimdən QORXUNC XƏBƏRDARLIQ: Sümükləriniz əriyir

Baxış sayı:
10246

Türkiyəli fizioterapevt Əhməd Çapar həddindən artıq çay və qəhvə içən insanları xəbərdar edib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, mütəxəssis kafeinin həzm sistemindən kalsiumun sovrulmasını azaltdığını və böyrəklərdən kalsiumun atılması prosesini artırdığını deyib. Həkim qeyd edib ki, Türkiyədə erkən yaşlanma və sümük əriməsi (osteoporoz) xəstəliyinin yaranma səbəblərindən biri də çox çay içməkdir. Sümük əriməsinin səssiz bir xəstəlik olduğunu ifadə edən Əhməd Çapar onun sınıq olana qədər yavaş-yavaş irəlilədiyini deyib:
"Həyatın erkən mərhələlərində sümük parçalanır və davamlı olaraq bərpa edilir, bu, sümüklərin yenidən qurulması kimi tanınan bir prosesdir. Sümüyün qalınlaşması xüsusilə 20 yaşa yaxın başa çatır. Sümüklərin zəifləməsi adətən 30 yaşdan sonra başlayır. Sümüklər daha çox kalsium itirir. Sümüklərin yenidən qurulması daha ləng gedir və sümüklər incəlməyə doğru gedir.
Qadınlarda menopozdan 5-7 il keçdikdən sonra sümük əriməsi sürətlənir. Sümük əriməsinin sürətli postmenopozal artımı sümüklərdə kalsiumu saxlamağa kömək edən estrogen hormonlarının azalması ilə bağlıdır. Yaş artdıqca sümük əriməsi normaldır, lakin bəzi qadınlarda sınıq olması riski daha yüksəkdir. Skelet quruluşu miniatür olan xanımlar, siqaret çəkən qadınlar və ya oturaq həyat tərzi yaşayan insanlar yüksək risk altındadır.
Sümük əriməsini riskini tamamilə sıfıra endirən bir müalicə yoxdur. Ancaq həyat tərzinizdə dəyişikliklərlə qarşısını ala bilərsiniz. Daimi məşq proqramları bütün yaşlarda çox faydalıdır. Müəyyən yaşdan sonra rasiona kalsiumla zəngin qidalar daxil edilməli, lazım gələrsə, kalsium həbləri qəbul edilməlidir".
Mütəxəssis sonra əlavə edib ki, sümük əriməsindən qoruyan ən faydalı qidalar süd və süd məhsullarıdır:
"Pendir və digər süd məhsulları kalsiumla zəngindir. Bundan əlavə, tərəvəzlər, paxla, qoz-fındıq, D vitamini və taxıl baxımdan zəngin qidalar sümük əriməsi prosesini ləngidir. Sümüklərin güclənməsində D vitaminin rolu böyükdür. O, həzm sistemində kalsiumun mənimsənilməsini artıraraq sümükləri gücləndirir. Gündə 15 dəqiqə günəş işığında olmaqla dəri gündəlik D vitamini ehtiyacını ödəyir.
Sümük əriməsinin qarşısını almaq üçün qəhvə və çay miqdarı məhdudlaşdırılmalıdır. Kofein, siqaret və alkoqol həzm sistemindən kalsiumun mənimsənilməsini azaldır və böyrəklərdən kalsiumun xaric olmasını artırır. Əgər qəhvəsiz qala bilmirsinizsə, kalsium əlavələri qəbul edin".