​Qədim Misir sivilizasiyasının məhvolma səbəbi

Qədim Misirin məhv edilməsinin sirri ortaya çıxıb.
Kult.az xəbər verir ki, alimlərin apardığı araşdırmadan sonra Misir sivilizasiyasının məhvinə vulkan püskürməsinin səbəb olduğu bildirilib. Vulkan püskürməsi sonradan qlobal iqlim dəyişikliyinə gətirib çıxarıb ki, bu da Misir üçün böyük problemlər yaradıb:
“Qədim Misirin antik mədəniyyət kimi mövcud olması Nil çayının illik daşqınlarından asılı idi. Mikroelementlər və üzvi maddələrlə zəngin olan su yerli torpağın məhsuldarlığını artırırdı. Bu da regionda kənd təsərrüfatının inkişafına gətirib çıxarırdı. Buna görə də demək olar ki, bütün Misir şəhərləri çay vadisində tikilirdi. Sonradan Nildə daşqınların olmaması əkinçiliyin zəifləməsinə gətirib çıxardı. Bu da öz növbəsində qəfil iqtisadi və siyasi dəyişikliklərə şərait yaratdı”.