​Qəddafinin yaxınlarının bank hesablarından MİLYARDLARLA AVRO YOXA ÇIXDI

Baxış sayı:
7372

Liviyanın sabiq lideri Müəmmar Qəddafinin yaxınlarının dondurulmuş bank hesablarından milyardlarla avro oğurlanıb.
Muxalifət.az xəbər verir ki, sabiq liderin yaxın qohumlarının "Euroclear" bankında hesabları olub. Məlumata görə, bankdakı hesablardan 2013-2017-ci illər ərzində nə az, nə çox, 10 milyard avroya yaxın məbləğ müəmmalı şəkildə yoxa çıxıb.
Məlumatda qeyd olunur ki, həmin hesablar 2011-ci ildə BMT-nin qərarı ilə dondurulmuşdu. Göstərilən illərdə hesablardan pul çıxarılması isə Belçika Maliyyə Nazirliyi ilə razılaşdırılmayıb.
Məsələ ilə bağlı Prokurorluqdan verilən məlumatda isə adıçəkilən bankda açıq olan 4 hesabda hazırda 5 milyard avronun olduğu bildirilib.
Ümumilikdə, oğurluqdan əvvəl hesablarda 16 milyard avroya yaxın vəsaitin olduğu iddia edilir./publika/