Qəddafinin vəsiyyəti üzə çıxdı!

Baxış sayı:
7561

Liviyanın linç edilərək öldürülən lideri Müəmmər Qəddafinin müşaviri İbrahim əl Guveyil, Rusiyanın “Spuntik” agentliyinə verdiyi müsahibədə, paytaxt Tripolidəki döyüşlər zamanı Qəddafinin yanında olduğunu deyib. Əl Guveyil, Qəddafinin Sirdə şəhərinə getmə səbəbinin paytaxtı bombardman və tənəzzüldən xilas etmək olduğunu vurğulayıb.
 
Əl Guveyilin bildirdiyinə görə, Qəddafiyə silahlı qrup və təyyarələrin Tripoliyə hücum edəcəyi məlumatı verilib. Qəddafi də dövlət qurumlarını və paytaxtdakı insanların həyatını xilas etmək məqsədi ilə Sirdəyə getməyə qərar verib.
 
“BİZ TƏSLİM OLMURUQ, YA QALİB GƏLİRİK, YA DA ÖLÜRÜK”
 
El Guveyil, Qəddafi Sirdədəykən onunla son telefon danışığını da anladıb. Əl Guveyil, Qəddafinin yanına getmək üçün icazə istəyib, amma Qəddafi, Əl Guveyilin Tripolidə qalıb, işləməyə davam etməsini söyləyib. Qəddafi şəhid olacağına əmin idi, buna görə də İtaliya işğalına qarşı müqavimətin simvolu olan Ömər Muxtarın məşhur ifadəsini sitat gətirdi və şəhadət istədiyini bildirib: "Biz təslim olmuruq, ya qalib gəlirik, ya da ölürük”.
Qəddafi, həmçinin Əl Guveyilden, ölümündən sonra təslim olmamasını və Ərəb milli fikrini və birliyini möhkəmləndirmək işini davam etdirməsini istəyib.
 
ƏHALİYƏ ATƏŞ AÇMADAN NƏZARƏT ALTINA ALIN
 
Qəddafi, son günlərində işləri idarə etmirdi, çünki bütün qərarlar, Xalq Konqresi, baş nazir və Qocalar Heyəti sədrinin əlində olduğunu deyən Əl Guveyil, Qəddafinin tapşırıqlarının yalnız vətəndaşlara atəş açmadan vəziyyəti nəzarət altına almağa yönəlik olduğunu vurğulayıb.
 
MƏRKƏZ BANKI QARƏT EDİLDİ
 
Əl Guveyil, Liviyada o vaxt qızıl və pulların saxlanıldığı Mərkəzi Bankın da silahlı qruplar, milislər və bəzi şəxslər tərəfindən talan edildiyini söyləyib.
Qeyd edək ki, Qəddafi, 20 oktyabr 2011-ci ildəki hadisələrdə Sirdə şəhərində silahlı qruplar tərəfindən öldürülmüşdü.
Müxalifət.az