Qəddafinin oğlu azadlığa buraxıldı

Seyf əl-İslam Qəddafi ümumi amnistiya çərçivəsində azadlığa buraxılıb
 
Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi azadlığa buraxılıb.
Bu barədə "Al Arabiya" telekanalı mənbəyə istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, o, ölkənin qərbində cəza çəkdiyi həbsxanadan azad edilib. Seyf əl-İslam Qəddafi ümumi amnistiya çərçivəsində azadlığa buraxılıb.
O, həbsxananı tərk etdikdən sonra ölkənin şərqindəki Əl-Bayd şəhərinə gəlib.
Liviyanın keçmiş liderinin oğlu 2011-ci ildə həbs edilmişdi.