​Qəbri açıb başqa birini həmin qəbrdə dəfn etmək olarmı?

Müsəlman şəxsin qəbrini açmaq onun cənazəsinə hörmətsizlik sayılır və buna görə də haramdır. Bəzi istisna hallar var ki, bunlar risalədə ətraflı izah edilib. Bir qəbirdə başqa şəxsin dəfninə gəlincə, burada əsas şərt birinci cənazənin tamam çürüyüb yox olmasıdır.
Muxalifet.az-ın islam.az-a istinadən məlumatına görə, əgər cənazə torpağa tam qarışıbsa, o halda məzarı açmaq və başqa ölünü orada dəfn etmək icazəlidir. Bunu adətən, həmin yerin coğrafi məkanına və iqliminə əsasən bilirlər. Əgər cənazənin yox olması ehtimal edilərək qəbir açılsa və bu zaman cənazənin tam çürüyüb yox olmadığı aşkara çıxsa, məzarı yenidən hörmətlə örtmək lazımdır. Adətən, köhnə qəbirdə ya cənazənin övladını öz vəsiyyətinə əsasən basdırırlar, ya da yer çatışmazlığı üzündən bunu edirlər.