​“Qəbələ”dən UEFA-ya ərizə: 18 futbolçu

Baxış sayı:
2152

“Qəbələ” klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsi üçün heyəti müəyyənləşib.
Muxalifet.az xəbər verir ki, “Qırmızı-qaralar” Lüksemburqun “Proqres” klubu ilə qarşılaşmalar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Quruma göndərilən A vərəqində 18 futbolçu yer alıb.
Qapıçılar
22. Dmitri Bezotosnıy
30. Aqil Məmmədov
Müdafiəçilər
34. Ürfan Abbasov
18. İlqar Qurbanov
33. Təmkin Xəlilzadə
27. Bəhlul Mustafazadə
5. Rasim Ramaldanov
3. Voyislav Stankoviç
Yarımmüdafiəçilər
8. Qismət Alıyev
21. Lalavele Atakora
14. Cavid Hüseynov
7. Roman Hüseynov
4. Elvin Camalov
88. Sabien Lilay
11. Asif Məmmədov
Hücumçular
28. Stiven Cosef-Monroz
10. Rauf Əliyev
17. Ceyms Adeniyi
Xatırladaq ki, “Qəbələ” ilə “Proqres” arasında ilk oyun iyulun 12-də, cavab matçı iyulun 19-da baş tutacaq. Komandamız ilk matçı Qəbələdə keçirəcək.