​"Qəbələ"dən bərabərlik, "Neftçi" isə... - Yeniləndi

Baxış sayı:
6412

Bu gün Topaz Premyer Liqada 21-ci tura yekun vurulacaq.
Muxalifet.az-ın məlumatına görə, ikinci oyun gününə daha iki görüş nəzərdə tutulub.
Günün ilk matçı Qəbələdə keçirilib. Roman Qriqorçukun komandası son zamanlar inamlı təsir bağışlayan "Sumqayıt"ı sınağa çəkib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Turun son matçında isə "Neftçi" "Səbail"lə üz-üzə gələcək. Avrokuboklar şansını davam etdirən "Neftçi" III dövrənin son matçında qələbəni hədəfləyir.
"Neftçi" Herreranın matçın 2-ci hissəsində vurduğu qollarla 2-0 qalib gəldi. Bununla ağ-qaralarla 3-cü yerdə qərarlaşan "Sumqayıt" arasında xal fərqi 5-ə endi.