“Qəbələ”də yeni hücumçu

Baxış sayı:
649

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini rəsmiləşdirib.
Klub saytı xəbər verir ki, “qırmızı-qaralar” Fil Dişi Sahilindən olan futbolçu Kristian Kouakou ilə anlaşıb.
28 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
Forvardın son komandası Çexiyanın "Karvina" klubu olub.
Qeyd edək ki, “Qəbələ” daha öncə Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatmışdı.