​Qəbələdə məşhur oteldə ərəb qadının MEYİTİ TAPILDI

Baxış sayı:
1036

Qəbələ rayonunda yerləşən otellərdən birində qalan ərəb turist ölüb.
Muxalifət.az xəbər verir ki, hadisə “Qafqaz Sport Hotel”də qeydə alınıb.
Məlumata görə, BƏƏ vətəndaşı, 1940-cı il təvəllüdlü Ayişə Məhəmmədin oteldə meyiti tapılıb.
Ölümün səbəblərinin müəyyənləşdirilməsi üçün Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır./report/