Qəbələdə faciə: dağdan yıxıldı

Baxış sayı:
248

Bu gün Qəbələ rayonunda faciəvi hadisə baş verib.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Qəbələ rayonunun Həmzəli kəndində dağlıq ərazidə yüksəklikdən yıxılmış 1975-ci il təvəllüdlü Mehralıyev Sadiq Məmməd oğlunun meyitinin çıxarılması üçün müraciət daxil olub. Hadisə yerinə Şimal-Qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.