Qəbələdə dəhşətli qəza — 1 ölü, 5 yaralı

Baxış sayı:
12073

Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az bildirir ki, ONA-nın xəbərinə görə, bu gün saat 17:00 radələrində Qəbələnin Bunud kəndi ərazisində BMW və VAZ-2106 markalı minik avtomobillərinin toqquşması nəticəsində Bunud kənd sakini, 1977-ci il təvəllüdlü Vəliyev Ceyhun Yarməmməd oğlu aldığı ağır xəsarət səbəbindən dünyasını dəyişib.
Hadisə zamanı Qəbələ və Bakı sakinləri - Xəlilov Emin Qulfəddin oğlu, Osmanlı İlkin Heydər oğlu, Nəcəfzadə Ruslan Aydın oğlu, Nəbiyev Elçin Yaşar oğlu, Abbasov Murad Aydın oğlu müxtəlif bədən xəsarətləri ilə Qəbələ Diaqnostika Mərkəzinə və Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.