​Qəbələdə avtomobil qadını vurub öldürdü

Qəbələ rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Pirəli kəndində qeydə alınıb. Rayonun Bayramkoxalı kənd sakini, Qəbələ rayonu Baytarlıq İdarəsinin baytar həkimi, 1955-ci il təvəllüdlü İsayev Şəmsəddin Əlfəddin oğlu idarə etdiyi 04-BB-355 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Pirəli kənd sakini 1960-cı il təvəllüdlü Eyvazova Maya Sərdar qızını vurub. Maya Eyvazova aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır(apa).