​Qəbələdə arvad qayını ilə əlbir olub ƏRİNİ ÖLDÜRDÜ, meyitini ayaqyoluna atdı

Baxış sayı:
5236

Qəbələdə itkin düşmüş şəxsin arvadı tərəfindən öldürüldüyü məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib və bu zaman sonuncu ərinin qardaşı Vüsal ilə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib cəsədini həyətdəki sanitar qovşağına atıb.
Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.
V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır./Publika/