​Qəbələdə ağır qəza – ÖLƏN VAR

Baxış sayı:
5956

Qəbələ rayonunda ağır yol qəzası baş verib.
Qaraməryəm-İsmayıllı yolunun 79-cu kilometrliyində “VAZ 21014” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb.
Qəza nəticəsində ağır xəsarət alan 63 yaşlı kişi vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./Publika