​"Qəbələ" - "Qarabağ" oyununun YERİ VƏ VAXTI DƏYİŞDİRİLDİ

Baxış sayı:
7102

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində "Qəbələ" və "Qarabağ" komandaları arasında keçiriləcək oyunun vaxtı və yeri dəyişdirilib.
Muxalifət.az xəbər verir ki, bu barədə report-a "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov məlumat verib. Onun sözlərinə görə, mayın 20-də nəzərdə tutulan matç mayın 21-nə keçirilib. Görüş isə Qəbələdə yox, Bakıda olacaq. Buna səbəb qarşılaşma başa çatandan sonra reallaşacaq mükafatlandırma mərasimidir.
F.Nəcəfov Peşəkar Futbol Liqasının (PFL) oyunun Bakıda keçirilməsinə dair müraciətini müsbət cavablandırdıqlarını diqqətə çatdırıb:
"Biz baş məşqçi və klub prezidenti ilə danışdıq, məsləhətləşdik. PFL də bizə müraciət etdi. Nəticədə razılığa gəldik. Həmin matç mayın 21-də Bakıda keçiriləcək. "Qarabağ" və "Qəbələ" klublarının mükafatlarını eyni vaxtda alması üçün bu addım atılıb".
"Qarabağ" qızıl, "Qəbələ" isə gümüş medalı təmin etsə də, "bürüncü"n sahibi son turda bəlli olacaq. Üçüncü yerin sahibinin mükafatlandırmada işirakı üçün "Qəbələ" - "Qarabağ" görüşü turun digər görüşləri ilə eyni gündə deyil, ertəsi baş tutacaq. Hələlik oyunun keçiriləcəyi stadion müəyyənləşməyib.
Qeyd edək ki, bürünc medallara "Neftçi", "Zirə" və "Sumqayıt" iddialıdır. "Ağ-qaralar" son turda "Kəpəz"in qonağı olacağı halda, digər iki kollektiv Sumqayıtda üz-üzə gələcək.