​"Qəbələ" finalda: "Qarabağ"ı kubokdan kənarlaşdırdı

Baxış sayı:
7417

Azərbaycan kubokunda ilk finalçının adı bəlli olub.
Muxalifet.az xəbər verir ki, "Qarabağ" "Qəbələ" ilə qarşılaşıb. Ağdam təmsilçisi görüşdə 2-1 qalib gəlsə də, mübarizəni dayandırıb. Belə ki, ilk görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edən "Qəbələ" səfərdə vurduğu qolun üstünlüyü ilə 4-cü dəfə ölkə kubokunda finala vəsiqə qazanıb.
Digər finalçının adına "Zirə" - "Sumqayıt" matçında aydınlıq gələcək.