QƏBİRSTANLIQDA MÜƏMMALI HADİSƏ – VİDEO

Bakıda qəbiristanlıqda yaşlı bir şəxsin baş daşına 30-35 yaşlı bir kişinin şəklini yapışdırıblar.
 
Xəzər Xəbər məlumat verir ki, hadisə Bakıda Günəşli qəbiristanlığında olub. Bu, Rauf Hümbətov adlı şəxsin başına gəlib. O, atasının qəbrini ziyarət edərkən baş daşına tanımadığı bir kişinin fotosunun yapışdırıldığını görüb. R.Hümbətov bildirib ki, fotodakı şəxsi tanımır, çox güman ki, cadu edib daha sonra şəklini atasının məzarına yapışdırıblar. R.Hümbətovun qardaşı hadisə ilə bağlı anasına məlumat verib. Anasının istəyi ilə qardaşı həmin şəkli baş daşından qopararaq yanıdırb. Qəbir ətrafında həmin şəxsin daha bir şəklini tapıblar. Sözügedən hadisə qəbiristanlıqlarda məzarların təhlükəsizlik məsələsini gündəmə gətirib. Günəşli qəbiristanlığının gözətçisi bildirib ki, qoruduğu qəbristanlığı ərazisi genişdi. Onlar ayrıca hansısa qəbirin yanında oturub mühafizə etmirlər. Araşdırma zamanı müəyyən olunub ki, ümumiyyətlə, Bakıda bir çox məzarlıqda 2 və yaxud 3 gözətçi olur ki, onlar da gün boyu qəbristanlığı gəzməklə bütün məzarlara baxa bilmirlər. Hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, bu cinayət məcəlləsində ictimai mənəviyyat əlehinə olan cinayətlər silsiləsinə aiddir. Şəkilin baş daşına yapışdırılması qəbir üzərində təhqir edici əlamətdir və bunu edənin də çox ciddi cəzası ola bilər. Rauf Hümbətov bildirib ki, əgər belə halla bir də rastlaşsa ərazi üzrə hüquq-mühafizə orqanlarına məlumat verəcək.