​Qəbiristanlıqda törədilmiş dəhşətli cinayətin üstü açıldı

Baxış sayı:
3266

Aprelin 8-də Masallı rayonunda törədilmiş qətlin üstü açılıb.
 
Muxalifət.az
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Mollaoba kənd qəbristanlığında kənd sakini Urfan Həsənovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçlirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Camalov tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.