Qazilərdən Trampın nümayəndəsinə İTTİHAMNAMƏ

Baxış sayı:
517

Türkiyədə bir qrup Qazi, ABŞ prezidenti Donald Trampın İŞİD ilə Mübarizə Üzrə Xüsusi Nümayəndəsi Brett Makgurk haqqında ittihamla çıxış edib.
 
Türkiyə Cümhuriyyəti Konstitusiyasının nəzərdə tutduğu rejimi aradan qaldırmağa cəhdlə bağlı ittihamnaməni Ankara Baş Prokurorluğuna verən qazilərdən ibarət qrup üzvləri, daha sonra ədliyyə qarşısında mətbuat açıqlaması verib.
Açıqlamanı oxuyan Müəmmər Polad, terror təşkilatı PYD/PKK-nın örtük təşkilatı SDG-də xidmət edən Talal Silonun Türkiyəyə sığınmasından sonra  verdiyi ifadələrində adı keçən ABŞ-ın  İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsinin terror təşkilatlarına silah, maddi-texniki və maliyyə dəstəyi verdiyini bildirib.
Bu şəxsin Türkiyə üzərindəki planlarını bir-bir dağıdacaqlarını ifadə edən Polad," Hamı bilməlidir ki, Brett Makgruk ilə terrorist başı Fetullah Gülənin arxasındakı gücün bölgədəki xəyalları ziyanla nəticələnəcək. Türkiyəyə qarşı bu hücumların heç biri cavabsız qalmayacaq. Bizə aid ən kiçik torpaq parçasında belə separatçı hərəkətlərə yol verməyəcəyik" deyə, bildirib.
Polad, bütün vətəndaşları, Makgurk və digər vəzifəlilər haqqında məhkəmədə təzminat iddiaları açmağa çağırıb.
 Müxalifət.az