Qazaxıstanın keçmiş prezidenti məşhur aktyorla bir arada - FOTO

Baxış sayı:
2554

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Pekin şəhərində məşhur Çin aktyoru Ceki Çanla görüşüb.

Trend-in məlumatına görə, bunu Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay "Tvitter" sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Nursultan Nazarbayev Pekində keçirilən ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib.