Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir - NAZARBAYEV SƏS VERDİ

Baxış sayı:
2824

Qazaxıstanın birinci prezidenti - Elbası Nursultan Nazarbayev paytaxtda 58 saylı məntəqədə, Məktəblilər sarayında səs verib.

Virtualaz.org-un məlumatına görə, o bildirib ki, Qazaxıstanda keçirilən prezident seçkilərində xalq şəxsiyyətlə bərabər gələcəyinə, taleyinə, ölkəsinə səs verir.

Qazaxıstanın fəaliyyətdə olan Prezidenti Kasım-Jomart Tokayev isə Nur-Sultan şəhərində “Astana Opera”nın binasında yerləşən 115 nömrəli seçki məntəqəsində səs verib.

Xatırladaq ki, bu gün Qazaxıstanda yerli vaxtla saat 07:00-dan səsvermə başlanıb. Səsvermə saat 20:00-dək davam edəcək. Bununla yanaşı, Qazaxıstan vətəndaşları 15 xarici ölkədə səs verirlər. Seçicilərin səs verməsi üçün ölkə ərazisində və onun hüdudlarından kənarda 9968 seçki məntəqəsi fəaliyyət göstərir.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının seçicilər reyestrinə səsvermə hüququ olan 11 milyon 814 min 19 vətəndaş daxil edilib.

Yeddi namizəd, o cümlədən fəaliyyətdə olan Prezident Kasım-Jomart Tokayev Qazaxıstan Prezidenti olmaq uğrunda seçkiyə qatılıb.

Bu dəqiqələrə olan məlumata görə, növbədənkənar prezident seçkilərində 12,8 faiz seçici səs verib.