Qazaxıstanda hərbi anbarda dəhşətli partlayış

Baxış sayı:
13738

Qazaxıstanda orduya aid bir anbarda ard arda partlayış meydana gəlib və partlayışdan sonra yanğın baş verib.
 
Partlayışlar Qazaxıstanın Türkistan bölgəsində olan Arys şəhərində orduya aid bir anbarda meydana gəlib. Ard arda partlayış səslərini eşidən bölgə sakinlərinin xəbərindən sonra bölgəyə çox sayda xilasetmə və təcili yardım qrupu sövq edilib. Partlayışların baş vermə səbəbi hələlik müəyyən olunmayıb. Partlayışdan sonra sonar baş verən yanğına xilasetmə qruplarının müdaxiləsi davam edir.
Müxalifət.az