Qazaxıstanda etiraz aksiyaları: Polislər yaralandı

Baxış sayı:
2932

Prezident seçkiləri günü keçirilən icazəsiz aksiyalarda 3 polis əməkdaşı xəsarət alıb.
Bu barədə Qazaxıstanın daxili işlərinin birinci müavini Marat Kojayev jurnalistlərə açıqlamasında deyib.
“3 polis əməkdaşı travma alıb. 2-si kütlə içərisindən atılan daşın dəyməsi nəticəsində xəsarət görüb. Digəri isə tətbiq edilən bibər qazından dolayı gözündə yanıq xəsarəti əmələ gəlib”, - deyə Kojayev bildirib.
Qeyd edək ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri baş tutub.