QAZAXISTANDA ƏDALƏTSİZ SEÇKİYƏ QARŞI AKSİYA... - 500 nəfər saxlanıldı

Baxış sayı:
5716

Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanın mərkəzində etiraz aksiyası keçirilib. RİA Novosti-nin verdiyi məlumata görə, aksiyaçılar Qazaxıstanda ədalətli Prezident seçkilərinin keçirilməsi tələb ediblər.

Muxalifet.az oxu.az-a istinadən bildirir ki, icazəsiz aksiyada iştirak edən 500-ə qədər şəxs saxlanılıb.

Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kojayev jurnalistlərə açıqlamasında bildirib ki, küçələrdə icazəsiz aksiyaların keçirilməsi ilə vəziyyəti gərginləşdirmək cəhdi olub, 500-ə qədər şəxs saxlanılıb.