Qazaxıstan səfirliyi öldürülən azərbaycanlı ilə bağlı açıqlama yaydı

Baxış sayı:
2202

“Qazaxıstan həlak olmuş Azərbaycan vətəndaşının ailəsinə başsağlığı verir. Bu gün mərhumun nəşi Azərbaycan tərəfinə verilib”.

Bu, Qazaxıstanın Azərbaycandakı səfirliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, hadisə barədə dolğun məlumat Azərbaycan hökumətinə təqdim edilib.

“Qazaxıstan Azərbaycan vətəndaşları tərəfindən dövlət sərhədinin pozulması hallarının artmasından narahatlıq bildirir. 2017-ci ildən bu günədək Azərbaycan Respublikasının 41 nəfər vətəndaşı saxlanılıb, bunlardan 33-ü Qazaxıstanın dövlət sərhədini pozmaq üstündə məhkum edilib”, – açıqlamada vurğulanıb.

Xatırladaq ki, aprel ayının 30-da Xəzər sularında Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının 4 nəfər vətəndaşı saxlanılıb. Sərhədçilər tərəfindən silah tətbiqi nəticəsində Azərbaycan vətəndaşlarından biri ölüb, ikisi yaralanıb./report