​Qazaxıstan Rusiyadan benzin idxalını məhdudlaşdırır

Baxış sayı:
3589

Qazaxıstan dəmir yolu ilə Rusiyadan benzin idxalına qadağa qoyur.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bununla bağlı Qazaxıstanın energetika naziri Kanat Bozumbayev əmr imzalayıb.
Əmrə əsasən, qadağa avqustun 25-dən qüvvəyə minəcək və 3 ay davam edəcək. Məqsəd ölkənin neft məhsulları bazarını əlavə yüklənmədən qorumaqdır.
Nazir bildirib ki, Rusiya tərəfi qadağaya anlayışla yanaşıb.