​Qazaxıstan, Gürcüstan və Özbəkistanın baş nazirlərinin Azərbaycan səfəri başa çatıb

Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak edən ölkələrin baş nazirləri Azərbaycanı tərk ediblər.
Muxalifet.az xəbər verir ki, Qazaxıstan Respublikasının baş naziri Bakıtjan Saqintayevin Azərbaycana səfəri başa çatıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Baş nazir Bakıtjan Saqintayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin də Azərbaycana səfəri başa çatıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Baş nazir Giorgi Kvirikaşvilini hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.
Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovun da Azərbaycan Respublikasına səfəri oktyabrın 30-da başa çatıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Özbəkistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Baş nazir Abdulla Aripovu hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.