QAZAXISTAN BEYNƏLXALQ BANKDAKI PULUNUN 50 MİLYONUNU QAYTARIB - 220 milyondan

Azərbaycan Beynəlxalq Bankının Qazaxıstanın pensiya fonduna borcu 34,5 mln. manat dəyərsizləşib
 
2017-ci ilin iyun ayının 1-nə Qazaxıstanın “Vahid Pensiya Yığımı Fondu” SC-nin investisiya gəliri -1,6% təşkil edib. “APA-Economics” Qazaxıstanın “Total” agentliyinə istinadən xəbər verir ki, Fondun menecmentinin sözlərinə görə, göstəricinin mənfi dinamika nümayiş etdirməsinə səbəb yatırımlar üzrə aşağı gəlirlilik deyil, pensiya aktivlərinin dəyərsizləşməsidir. Buna baxmayaraq, Qazaxıstan Milli Bankı öz proqnozunu dəyişməkdə maraqlı deyil – ilin sonuna investisiya gəliri -1% təşkil edəcək.
yakunFondun İdarə Heyəti sədrinin müavini Saule Yeqeubayeva bildirib ki, 2017-ci ilin iyunun 1-nə pensiya yığımlarının ümumi məbləği 6,99 trln. təngə (iyunun 2-nə artıq bu rəqəm 7 trln. təngə həddini aşıb) təşkil edir. İlin əvvəli ilə müqayisədə yığımlar 309,6 mlrd. təngə və ya 4,6% artıb.
İlin əvvəlindən əmanətçilərin hesablarına bölüşdürülən xalis investisiya gəliri 114,4 mlrd. təngə təşkil edib.
“Pensiya aktivlərinin gəlirliliyi bir sıra amillərdən, o cümlədən aktivlərin bir qədər artıq qiymətləndirilməsindən asılıdır. Belə ki, bu il yığılan xalis investisiya gəlirinə aktivlərin bir qədər artıq qiymətləndirilməsi təsir edib”, - deyə S. Yeqeubayeva bildirib.
Onun sözlərinə görə, Fondun investisiya yatırdığı şirkətlərin 21-i problemlidir. İyunun 1-nə emitentlərin Fond qarşısında 45 mlrd. təngə məbləğində problemli borcu var. Bu məbləğə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) yatırılan 71,3 mlrd. təngə daxil deyil. ABB-yə yatırılan məbləğ dövlət bankının xarici öhdəliklərinin restrukturizasiyası başa çatdıqdan sonra nəzərə alınacaq.
“Bu emitentlərin mütləq əksəriyyəti 2006-2010-cu illərdə defolt olub və Fond onlarla təmasdadır. Fondun konsolidasiyası zamanı problemli aktivlərin ümumi məbləği 161 mlrd. təngə idisə, hazırda bu rəqəm 45 mlrd. təngəyədək azalıb. Bir şeyi də qeyd edim ki, ilin əvvəlindən bu rəqəm artmayıb”, - deyə o bildirib.
S. Yeqeubayeva əlavə edib ki, ABB-nin Fond qarşısındakı öhdəliyi 2017-ci ilin mayın 1-nə 71,3 mlrd. təngə təşkil edirdisə, hazırda dövlət bankının qiymətli kağızlarına yatırılan investisiyanın məbləği 64,8 mlrd. təşkil edir. Onun sözlərinə görə, buna səbəb maliyyə alətinin dəyərdən düşməsidir. Fond rəsmisinin sözlərinə inansaq, ABB-yə yatırılan investisiya 6,5 mlrd. təngə və ya 34,450 mln. manat dəyərsizləşib.