Qazaxın 7 kəndi və Naxçıvanın 1 kəndi qaytarılır... - ERMƏNİ POLİTOLOQDAN İDDİA

Baxış sayı:
1186

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası nəticəsində Zəngilan-Qubadlı istiqamətində işğal altındakı ərazilər geri qaytarılır.
 
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, hazırda Qazaxın 7 kəndi və Naxçıvanın 1 kəndi müzakirə mövzusudur.
 
Erməni politoloq Hrant Melik-Şahnazaryan deyir ki, Tiqranaşen (Kərki kəndi) Azərbaycana təhvil veriləcək. Haradan bildiyimi soruşmayın, cavablar internetdədir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin ay yarım öncə yaydığı məlumatı oxuyun. Orada qeyd olunur ki, Yerasx (Arazdəyən) kəndi və Pruyr Sevak kəndində nəzarət mərkəzi yaradılacaq. Paruyr Sevak kəndinə xəritədə baxanda hər şey aydın olur”, - deyib.