Qazaxda törədilən qətlin təfərrüatları məlum oldu - YENİLƏNİB

Baxış sayı:
4151

Qazax rayonunda 48 yaşlı kişinin qohumu tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.
Məlumata görə, rayonun Aslanbəyli kəndinin sakini, 1972-ci il təvəllüdlü Telman Əhmədov hadisəni törətməkdə şübhəli bilinən, 1990-cı il təvəllüdlü Fərrux Məmmədovun anasının əmisi nəvəsidir.
Bakı şəhər qeydiyyatında olan, F.Məmmədov anasının babasıgilə qonaq gedib. Bu zaman onunla qonşuluqda yaşayan qohumu T.Əhmədovla hələlik bilinməyən səbəbdən mübahisə yaranıb. Bu zaman T.Əhmədov bıçaqlanıb. O, ağır halda Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Lakin yaralının həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən F.Məmmədov saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma davam etdirilir./report
 
***
Qazax rayonunda 30 yaşlı kişi qohumunu öldürüb.
"Report"un məlumatına görə, Aslanbəyli kənd sakini, 1972-ci il təvəllüdlü Telman Kavı oğlu Əhmədov mübahisə zəminində qohumu, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Fərrux Kamran oğlu Məmmədov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.