​Qazaxda tələbə qızı avtomobil vurub

Baxış sayı:
7003

Qazax şəhərində 17 yaşlı piyadanı avtomobil vurub.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən 17 yaşlı Nigar Məmmədovanı avtomobil vurub.
O, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Qeyd edək ki, N.Məmmədova Qazax şəhərində kollecdə oxuyur.
Faktla bağlı araşdırma aparılır.