​Qazaxda qəza - Ölən və xəsarət alan var

Baxış sayı:
7981

Qazax şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Trend-ə verilən məlumata görə, fevralın 6-da saat 1 radələrində Qazax şəhərinin ərazisində Poylu qəsəbə sakini R.Hüseynov idarə etdiyi “VAZ-21011” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Nəticədə avtomobildəki sərnişin E.Məmmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.