Qazaxda Eldar Mahmudov çetesi

Ölkə prezidenti İlham Əliyev MTN şefi olmuş sabiq nazir Eldar Mahmudovu və ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) sədri Cahangir Hacıyevi, eləcə də bir sıra iri çəkili məmurların, generalları, ölkədəki korrupsiya bataqlığının memarlarının və dəhşət saçan qətllərin himayədarlarını nəinki tutduqları vəzifəsindən kənarlaşdırmış, hətta onların həbs edilməsi kimi irimiqyaslı tədbirləri həyata keçirib. Beləliklə də dövlətimizin milli sərvətlərinin talan edilməsi siyasətini aparan qorxlu bir çetenin üstü açılmışdır. İndi ölkəmizdə bu neqativ halların aşkarlanması proseslərindən sonra, yaranmış iqtisadi və maliyyə böhranlarının qarşısının alınması, xalqın və dövlətin ən böyük etimad qaynağı olan milli təhlükəsizliyimizə vurlan zərərlərin və illərdir qaysaq bağlamış yaraların əlacı yolları aranmaqdadır. Təbii ki, ölkə prezidentinin qəti addımlarından sonra, cəmiyyətdə inamsızlıq sindorumunun yeli də ötüb keçməkdədir. Ancaq, bununla yanaşı, “Eldar Mahmudov çetesi”nin qalıqları cildlərini dəyişsələr də, mümkün qədər öz mövqelərini qorumağa çalışırlar. Həmin çetelərdən biri də Qazax rayonunda fəaliyyət göstərməkdə davam edir.

Qazaxın baş korrupsioneri 

Bir müddət əvvəl sabiq MTN naziri Eldar Mahmudovun qazaxlı olması barədə fikirlər mətbuat vasitələrini dolaşsa da, əslində onun Qazax rayonundaki mövqeləri haqqında olan bilgilər jurnalistlərin diqqətindən yayındı. Qazax rayonu dövlət sərhədimizin önəmli hissəsində yerləşdiyindən hər zaman iri çəkili məmurların diqqətini cəlb edib. Bunlardan da biri sabiq MTN naziri Eldar Mahmudov olub. Onun rayon üzrə əsas kuratoru Qazax Dövlət Sosial Iqtisadi Kollecinin direktoru Elşad Quliyevin olmasını rayonda bilməyən yoxdur. Elə bizim yazımız da Elşad Quliyevin Qazax Kollecindəki “ixtiraları”ndan bəhs edəcək, dövlətimizə və millətimizə vurulmuş zərbələrdən söhbət acacağıq. Eldar Mahmudovun həyat yoldaşının dayısı nəvəsi olan Elşad Quliyev qılıncının dalının və qabagının kəsdiyi vaxtlarda Qazax Kollecində qurduğu qaydalar elə indi də öz gücünü itirməyib. Təbii ki, Təhsil Nazirliyində bu gün “sabiq mahmudovçuları” qoruyan əl hələ də qalır. Bu himayədarlar barəsində növbəti yazımızda baş verən və indi də davam edən qanunsuzluqlara aydınlıq gətirəcəyik. Onların Eldar Mahmudovun təhsil sahəsindəki qoydugu izləri necə qorumalarını, ona necə sadiq olmalarını oxucularımızın diqqətinə catdıracagıq.

Kollecdəki qanunsuluqların görünən tərəfləri

Elşad Quliyevin Qazax Kollecində yürütdüyü “Mahmudovsayagı haqq”dan bəhs edək. Sabiq nazirin ətrafı iş adamlarını soyub talamaq və iqtisadi təhlükəsizliyimizi necə təhlükə altına qoyurdusa, Elşad Quliyev də ölkəmizin və millətimizin bu günü və gələcəyi olan təhsilimizi beləcə təhlükə altına qoyur. Oxuyub-oxumamagından asılı olmayaraq, hər bir tələbə semester ərzində 250-300 manat “tərləməyə” məcbur edilir.  Bu barədə mətbuatda 10 ildir müxtəlif səviyyələrdə yazılar getsə də, Elşad Quliyevin arxası güclü olduğu vaxtlarda ona “gözün üstə qaşın var” deyən də olmayıb. Çünki, arxa-dayağı həmin dönəmdə dəmir-beton səddi və Eldar Mahmudovun “sehirli çubuğu” ilə güclü hasara çevrilmişdi. Bəs indi onun arxasında kim durur? Bu barədə bir az sonra. Adı çəkilən kollecdə işə götürülmə qaydası da çox maraqlıdır. Çünki, burada “tanışlıqla 3 min, tanışsız 5 min manat“ tələb olunur. Laborant kimi işə düzəlmək üçün adicə bir diploma da ehtiyac yoxdur. Yetər ki, pulun olsun. Əlin cibindəkilərlə oynasın. Təhsil naziri uzun illərdir testdən kənar tələbə qəbulu ilə bağlı mübarizə aparsa da, nədənsə, “Qazax Kolleci” həmişə bu mübarizədən kənarda qalıb. Bir zamanlar təhsil nazirinin “Eldar Mahmudov qorxusu”nu anlamaq olardı. Ancaq, deyəsən “Mahmudov qorxusu”nu indi də “Quliyev şirinliyi” əvəzləyib. Bu “şirinliklər”in də bir qaynagı var, tələbələrdən alınan rüşvət, müəllimlərə yazılan əlavə maliyyə vəsaiti.

Ölkə qanunlarını tanımayan Elşad Quliyev

Redaksiyamıza daxil olan məlumatlara görə, bu yaxınlarda kollecin müəllimləri rayon İcra Hakimiyyətinə şikayətə gediblər ki, direktor Elşad Quliyev bizim adımıza maliyyə vəsaiti yazır, ancaq bizə bir qəpik də olsun vermir. İcra Hakimiyyətində müəllimlərə məsələ ilə bağlı araşdırma aparılacağı barəsində söz veriblər. Ancaq mənimsəmə prosesləri hələ də dayanmayıb. Elşad Quliyevin innovasiyaları bununla bitmir. İnsan gərək xüsusi fantaziyaya malik olsun ki, olmayan nəqliyyat vasitələrinə yanacaq israf olunduğunu iddia edib, kollecin balansından pul silsin. Deyilənə görə, həmin nəqliyyat vasitələrində guya kollecin kollektivi haralarasa səfər edib, mübadilə proqramlarında iştirak edib. Onu da qeyd etmək lazımdır ki, əslində həmin nəqliyyat vasitələrinin quru canagı var. Adı çəkilən kollecin əmlakının dövlət əmlakı olduğu sirr deyil. Qazax rayonunda mövcud olan icra və hüquq mühafizə orqanları da bu əmlakın qorunmasında qanunla mükəlləfdirlər. Ölkə prezidenti İlham Əliyevin tapşırıqlarını və tövsiyyələrini də ilk öncə bu yolla həyata kecirə bilərlər. Təssüf ki, uzun illərdir Qazax Kollecində baş verənlərə göz yumulub. Kollecə göndərilən yoxlamaların nəticəsində dövlət əmlakının külli miqdarda talan edilməsi faktları aşkarlasa da, bu qanunsuzluqları törədənlər öz cəzalarını hələ də almayıblar. Nəyin hesabına? Təbii ki “Quliyev şirinliyi”nin gücüylə. Hətta ümummilli liderimiz Heydər Əliyevin protretini əks etdirən xalcanın kollecin əmlakı sırasından yoxa cıxması da buradakı yoxlamalar zamanı məsuliyyətli olmağa vadar etməyib.
Kənan Bayandur