​Qazaxda avtomobil aşdı, SÜRÜCÜ XƏSTƏXANALIQ OLDU

Bakı-Qazax magistralında sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, yolun Qazaxbəyli kəndi ərazisində hərəkətdə olan “KİA” markalı maşın ulağı vurub, idarəetmə itdiyindən avtomobil yolun kənarına aşıb.
Qəza zamanı sürücü, Ağköynək kənd sakini, 1987-ci il təvəllüdlü Ədalət Mustafayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.