Qazaxda AĞIR QƏZA: avtobus minik avtomobili ilə toqquşdu

Baxış sayı:
3466

Qazaxda avtobus və minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var.
Qəza Bakı-Qazax-Tbilisi magistral yolunun, Qazax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Sərnişin daşıyan avtobusun “Mercedes” markalı minik avtomobili ilə toqquşması nəticəsində Qazax rayon sakini, 1950-ci il təvəllüdlü Orucov Ziyalı Zahid oğlu ölüb. 1959-cu il təvəllüdlü Allazova Aybəniz Mahmud qızı isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Daha 4 nəfər Qazax Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Müayinə zamanı sərnişinlərin ciddi xəsarət almadıqları məlum olub və onlar evə buraxılıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. (apa)