Qazaxda 19 yaşlı tələbə çayda boğulub - YENİLƏNİB

Qazax rayonunda meyiti tapılan 19 yaşlı oğlanın çayda boğularaq öldüyü məlum olub.
 
BDU-nun Qazax filialının 1-ci kurs tələbəsi olan Goranboy sakini Murad Muradov tələbə yoldaşları ilə birgə Ağstafaçayda çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb./apa
 
***
 18:15
 Qazax rayonunda 19 yaşlı oğlanın meyiti tapılıb.
 Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü  Murad Muradovun meyiti Qazax şəhəri ərazisində, Ağstafaçayın kənarında aşkarlanıb.
 Onun hansı səbəbdən öldüyü məlum deyil.
 Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindənaraşdırma aparılır.