“Qaz gözləməyin, çəkilməyəcək...”- “Azəriqaz”dan Ermənistanla sərhəd bölgəyə sensasion MESAJ

Baxış sayı:
4564

“Gədəbəyin Ermənistanla sərhəd ərazidəki Şinıx bölgəsinin qazlaşdırmadan kənarda qalmış 20-yə yaxın kəndinə qaz çəkilməyəcək”.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
O, bunun səbəbini həmin kəndlərin “dağlıq ərazidə yerləşməsi ilə” izah edib: “Həmin bölgədə 24 kənd var, onlardan 3-ə qaz çəkilib, çünki aran hissə idi. Digər kəndlər isə sıldırım qayalıq ərazidə yerləşir və hərəsində 10-20 ev var. Elə əraziyə qaz çəkmək üçün texnika yoxdur. Ümumiyyətlə, ən inkişaf etmiş Avropa ölkələrində belə dağın başında yerləşən, 10-20 ailənin yaşadığı kəndlərə 40 km-lik qaz borusu çəkilmir. Bir sözlə, həmin kəndlərə qaz çəkilməsi planlaşdırılmır. Çünki bu, iqtisadi cəhətdən özünü doğrultmur”.
Baş direktor əlavə edib ki, həmin kəndin əhalisi qaz balonları, yəni daşınan maye qazla qaz ehtiyaclarını təmin edə bilərlər.