Qayınları tərəfindən döyüldü, xəstəxanalıq oldu - SABUNÇUDA DAVA

Baxış sayı:
3779

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 50 yaşlı şəxs iki qaynı tərəfindən döyülüb.
Hadisə Leyla Məmmədbəyli küçəsi, 29 V ünvanında baş verib.
1970-ci il təvəllüdlü Hüseynov Sərdar Qara oğlu qayınları ilə əlbəyaxa dava edib.
Nəticədə S.Hüseynov üz və baş nahiyəsindən xəsarət alıb. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır./apa