Qayınatasını və qaynını bıçaqladı - KÜRDƏMİRDƏ

Baxış sayı:
5128

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Ə.Abdullayev küçəsində qeydə alınıb.

Belə ki, kürəkən qayınatası 1963-cü il təvəllüdlü Cabbarov Etibar Ələddin oğlu və qaynı 1992-ci il təvəllüdlü Cabbarov Afiq Etibar oğlunu bıçaqlayıb.

Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)