​QAYDASIZ DÖYÜŞ: Floyd Mayvezer və Konor Makqreqor rinqə çıxır

Baxış sayı: 49

Döyüş avqustun 26-sı Las Veqasın T-Mobile Arenasında keçiriləcək və döyüşçülər hər ikisi 340 qram deyil, 283 qram əlcəklə döyüşəcək.
Qaydasız döyüş ulduzu Konor Makqreqorun bu döyüşdən təxminən 100 milyon dollar alacaq, Floyd isə ondan da çox pul qazanacaq.
Döyüş biletinin qiyməti müəyyən edilməyib. Lakin bu məbləğin təxminən 100 dollar, və ya daha da çox olacağı ehtimal edilir.
UFC prezidenti Dana Vayta istinadən Floydla maçının nəticəsindən asılı olmayaraq dekabrda Konor yüngül çəkidə əldə etdiyi kəmərini və titulunu müdafiə etmək üçün rinqə çıxacaq.
Lakin bəzi ekspertlər bu döyüşün onun üçün sonuncu döyüş ola biləcəyini düşünr.
Hər halda bu dəfəki döyüş olacaq və deyilənə görə döyüş olduqca maraqlı keçəcək