​Qayda pozdu, özü polisə təslim oldu - BAKIDA

Baxış sayı:
2641

Metronun “Koroğlu” stansiyasında qayda pozan sərnişin özünü polislərə təhvil verib. O, relslərin üzərinə düşən telefonunu icazəsiz götürdüyü üçün cərimələnməsini istəyib.
Bakı metrosunda baş verən bu maraqlı və olduqca təhlükəli hadisə ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev özü məlumat paylaşıb.
N.Paşayev bildirib ki, "Koroğlu" stansiyasının ən basabas vaxtında sərnişinlərdən birinin telefonu relslərin üstünə düşüb. O, heç bir icazə almadan relslərin üzərinə düşərək telefonunu oradan çıxarıb.
Hadisə vaxtı metroda sıxlıq həddən artıq olduğundan sərnişinin qayda pozması nəzarətçinin gözündən yayınıb. Lakin icazəsiz təhlükəli yerə düşdüyünü bilən sərnişin metropoliten işçilərinə yaxınlaşaraq, qayda pozduğunu bildirib.
Metronun növbətçi polisləri isə qayda pozan gənci digər polislərə təhvil veriblər.
N.Paşayev bildirib ki, gənci etdiyi hərəkətə görə inzibati tənbeh edib buraxıblar.
Qeyd edək ki, metropolitendə relslərin üzərinə bilərəkdən hər hansısa əşya atmağa, ora düşən əşyanı relslərin üzərindən icazəsiz götürməyə görə 30 manat cərimə nəzərdə tutulur./axar/